...

Gəncənin Təmizlik İdarəsinin sürücüləri cərimələniblər

Cəmiyyət Materials 22 Avqust 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhərindən yığılan zibillər nəzərdə tutulan zibilxanaya aparılmadığı üçün Gəncə şəhər Təmizlik İdarəsinin altı sürücüsü cərimələnib. Bu barədə çərşənbə günü şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Fazil Nəbiyev məlumat verib.

Həmin sürücülər şəhərdən topladıqları zibili şəhər zibilxanasında nəzərdə tutulan yerə tökməyərək, orada donuz saxlanılan yerlərə aparıblar. Bu isə orada antisanitar vəziyyətin yaranmasına səbəb olub.

Sürücülər 22 manat məbləğində cərimələniblər.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir

Xəbər lenti

Xəbər lenti