...

Rejissor və klipmeyker: "Azərbaycan toylarının vəziyyəti mənim xoşuma gəlmir"

Cəmiyyət Materials 25 Avqust 2007 13:30 (UTC +04:00)

Azərbaycan , Bakı, 25 avqust / "TrendLife" , müxbir Süleyman Vəliyev/ İnsan həyatında ən önəmli günlərdən biri də onun toy günüdür. Məgər biz azərbaycanlılar bunu əlamətdar bir bayram hadisəsinə çevirə bilmərik? Əlbəttə, əsl Azərbaycan toyu çoxluq sevir. Belə ki, toyda dadlı yeməklər, əla musiqi, çoxlu zarafat, demək-gülmək və ən əsası çoxlu qonaqlar. Son illər keçirilən toylar hamısı demək olar ki, bir-birlərinə bənzəyir. Məhz buna görə də bəzi toylar maraqsız və darıxdırıcı olur. Bu fikirlə klipmeyker Ülviyyə Könül də razıdır. Çünki onun 15 yaşında qızı var. Bu gün-sabah onun da qapısını elçilər döyəcək. O, öz qızının gələcək toyunu necə görmək istərdi? Bu haqda "TrendLife"la öz müsahibəsində danışdı:

- Hər kəsin toy günü əlamətdar gün kimi yadda qalır. Azərbaycan toyu əməlli başlı musiqi bayramdır. Yüz illərdən bu günə kimi adət-ənənəyə çevrilən toy, yalnız yeməklər, oynamaq, müxtəlif rəqslərlə yaddaşlarda qalır. Axı nəsə fikirləşib, toylarda qeyri-adi nəsə etmək olar. Sizə açıq söyləyim ki, bu gün keçirilən toylar mənim heç xoşuma gəlmir. Qızıma gəldikdə isə tam başqa bir şey fikirləşirəm. Yaşıl çəmənlikdə, xanımlar şlyapada, kişilər isə fraklarda. Əsl retro. Toyun dizaynından tutmuş bəy və gəlinin toy geyimlərinə qədər hər şey orjenal formada olmalıdır. Belə şeyləri nəzərə alaraq qızımın toy günü rejissorluğu özüm edəcəm.

- Bəs bu xöşbəxt an nə vaxt olacaq?

- Hələ ki, bu haqda danışmaq çox tezdir. Qızımın on beş yaşı var. O, hələ yaxşı təhsil almalıdır. Həyatda kim olduğunu dərk etməlidir. Amma vaxt elə tez gəlir keçir ki. Ayılırsan ki, vaxtdır... Məsələn, rəfiqəm Sənubər İsgəndərlinin artıq nəvəsi var. Onun qızı Tamilla mənim gözümün qabağında böyüyüb. Hər şeyin belə tez baş verməsini təsəvvür belə edə bilməzdim.

- Sizin gələcək kürəkəniniz necə olmalıdır ki, adət-ənəyə görə onların önünə şirin çay qoya biləsiniz?

- Həmişə istəmişəm oğlum olsun. O ki, qaldı razılığa, əgər mənim sözüm heç nə həll etməsə də, hər halda qızım məsləhətlərimə qulaq asmalıdır.

- Yadınızdadırsa "Dədə-Qorqud" filmində Qazan xanın toyunda Aruzu övladı olmadığı üçün qara mağara dəvət etmişdilər. Sizin buna münasibətiniz?

- Əlbəttə, bu düzgün deyildir. Mən bilmirəm əvvəlki insanlar hansı prinsiplə yaşayırdılar, yaxşı ki, indi belə bir şey yoxdur. Çünki ən dəhşətlisi insanı sonsuzluqda və bədbəxtlikdə suçlamaqdır.

- Sizin də həyat üzünüzə gülməyib. Nə vaxtsa yoldaşınızdan ayrılmısınız...

- Mən də nə vaxtsa belə fikirləşirdim. Sonradan belə bir ideya ilə yaşamağa başladım: "Nə olursa yaxşılığa doğrudur". Öz mələyim olan qızıma baxanda isə özümü bəxtəvər qadın hesab edirəm. Həyatım alınmadı, amma qızım, karyeram, ad-sanım. Məhz buna görə Allaha şükür edirəm. Bundan da pis ola bilərdi.

- Bəs ikinci dəfə həyatınızı qurmaq istəməzdiniz?

-Yəqin ki. İnanın ikinci ailə həyatımda da toy mərasimində rejissorluğu özüm edəcəm.

- Hazırda gəlin bəyaz paltarda, bəy isə tünd rəngli kostyumda olmalıdır. Əslində isə ənənələrimizə görə gəlin qırmızı paltarda, bəy isə milli geyimdə olmalıdır. Bəlkə həmin adətləri qaytarmaq vaxtıdır?

-Təəssüf ki, bizdə bu ənənələr yaddan çıxıb. Milli ənənələrimizin qərblə sintezi yalnız alqışlanır. Məsələn, Avropadan bizə keçən gəlinin gül atma mərasimini çox sevirəm. Güya həmin vaxt hansı subay qız gülü tutsa, növbəti toy onun olacaq. Düşünürəm ki, Avropa toylarından daha artıq nəsə götürüb toylarımızda milliləşdirsək, toylar daha da maraqlı keçər.

- Yeri gəlmişkən, sovet dövründə belə bir adət vardı ki, bəy və gəlin ölkənin müstəqilliyi uğrunda canlarından keçmiş hərbçilərin abidələri önünə gül qoyurdular. Buna münasibətiniz?

- Belə bir şad gündə qəbir üstə getmək düzgün deyil. Ölülər onsuz da qayıtmayacaq. Onların ruhları göylərdədir. Mənim fikrimcə, həyatda ən önəmlisi can sağlığı və xöşbəxtlikdir.

Xəbər lenti

Xəbər lenti