...

Astara rayon sakini polis şöbəsinin rəisi tərəfindən işgəncələrə məruz qalıb

Cəmiyyət Materials 1 Sentyabr 2007 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Astara rayon sakini polis şöbəsinin rəisi tərəfindən işgəncələrə məruz qalıb. İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov şənbə günü Trend ə bildirib ki, Pərvanə Əhmədova komitəyə müraciət edərək bildirib ki, polis şöbəsində ona və oğluna rəis Vüqar Məmmədyarov dəhşətli işgəncələr verib. Polis rəisi onlardan rüşvət istəyib. Rüşvət vermədiyi üçün iyulun 26-da oğlu ilə birgə polis şöbəsinə aparılıb və orada döyülüb, nalayiq küçə söyüşləri ilə təhqir olunublar. İşgəncə nəticəsində yerimə qabliyyətini itirdiyini deyən şikayətçi polis rəisinin ondan şikayətləri dayandırmayacağı təqdirdə ərini və oğlunu həbs etdirəcəyi ilə hədələyib.

Polis rəisinin özbaşnalıqlarından bezən rayon sakini ona qarşı təzyiqlərin dayandırılmayacağı təqdirdə intihar edəcəyini deyib.

Behbudov Məmmədyarov barəsində əvvəllər də komitəyə bu məzmunda şikayətlərin daxil olduğunu deyib. Behbudov bu məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcək və rəis barəsində tədbir görülməsini xahiş edəcək.

Xəbər lenti

Xəbər lenti