...

Deputat Anar Məmmədxanov: "Mən səhnə ilə vidalaşmışam"

Cəmiyyət Materials 4 Sentyabr 2007 14:16 (UTC +04:00)
Deputat Anar Məmmədxanov: "Mən səhnə ilə vidalaşmışam"

Azərbaycan, Bakı, 4 sentyabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ "Nə? Harda? Nə vaxt?" Milli Kuboku uğrunda oyunda çox sayda gənc toplaşmışdı. Oyunu izləmək həddən artıq maraqlı idi. Zalda Milli Məclisin deputatı, əfsanəvi Şən və Hazırcavablar Klubunun (ŞHK) kapitanı Anar Məmmədxanov da vardı. "TrendLife" ona "Bakıda nə üçün ŞHK festivalı keçirilməsin?" sualı ilə müraciət edəndə, onun cavabı belə oldu: "Bilirsiniz, mən 2001-ci ildə səhnəyə çıxanda bu sözləri işlətldim - "Sağ olun dostlar, mən ŞHK ilə vidalaşıram". Verdiyim sözə həmişə əməl edən insanam. Mən elə insanlardan deyiləm ki, vidalaşmağı piara çevirim, gələn il konsertə bundan da çox adam toplayım. Əgər insan səhnə ilə vidalaşırsa, o getməlidir. Həqiqətən də ŞHK mənim həyatımın ən gözəl dövrü idi. İnanmıram bundan yaxşı nəsə olsun. Lakin hər bir şeyin istər yaxşı olsun, istər pis, sonu olur. Mən səhnə ilə vidalaşmışam. ŞHK-da isə sadəcə pərəstişkar və insan kimi çıxış edə bilərəm. Burada belə bir festival keçirtmək istəyən hər bir insana isə kömək etməyə hazıram".

".

Xəbər lenti

Xəbər lenti