...

Vəkil hesab edir ki, məhkəmə İnsanova qarşı qərəzli olub

Cəmiyyət Materials 6 Sentyabr 2007 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zarbalieva/ "Məhkəmə işə sifarişlə və gərəzli baxır. Məhkəmə araşdarılması obyektiv aparılmır". Bu bəyanatla cümə axşamı Bakı şəhər Apellyasiya məhkəməsində hakim Q. Məmmədovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun və digərlərin işi üzrə məhkəmə prosesində vəkil Ağaveys Şaxverdi çıxış edib. Əli İnsanovun və Anar Namazovun vəkili Şaxverdi apellyasiya baxışında verilən vəsatətlərin hamısının əsaslandırmadan rədd edildiyini əsas gətirərək məhkəmənin qərarının obyektivliyinə şübhə ilə yaşdığını bildirib.

Vəkil çıxışında qeyd edib ki, özəlləşdirilən səhiyyə obyektləri əvvəlcədən müəyyən olunmuş qiymətlərə satışa çıxarılıb. Özəlləşdirilən 60-dan artıq səhiyyə obyektinin 30 ilə bağlı İnsaenova ittiham elan olunub, 25 obyektin özəlləşdirməsinə dair ittiham aktında və hökmündə heç bir qeyd yoxdur. Həmçinin obyektləri özəlləşdirilən şəxslərin bir qismi təqsirləndirilən şəxs kimi, bir qismi isə mülki cavabdeh kimi işə cəlb olunub. Obyetlərlə bağlı baş prokurorun verdiyi mülki iddiaların bir hissəsi təmin olunub, digər hissəsi isə rədd olunub. Vəkil bu anlaşılmazlığın məhkəmə tərəfindən aradan qaldırılmasını xaiş edib. Vəkil son qərar qəbul edilərkən hüquqlarını müdafiyə etdiyi şəxslərin şəxsiyətini nəzarə almağı məhkəmədən xaiş edir: "Əli İnsanovla bağlı prezidentə onlarla müraciət daxill olunub. Məhkəmə hökm çıxararkən İnsanovun şəxsiyyətinə qərəzli yanaşıb".

Proses sabah digər vəkillərin çıxışı ilə davam edəcək.

Xəbər lenti

Xəbər lenti