...

Azərbaycanlı gimnastlar Dünya Kubokunda iki bürünc medal qazanıblar

İdman Materials 16 Aprel 2012 12:59 (UTC +04:00)
Azərbaycanlı gimnastların Adriatik dənizi sahillərində "ovu" iki bürünc medal olub.
Azərbaycanlı gimnastlar Dünya Kubokunda iki bürünc medal qazanıblar

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Azərbaycanlı gimnastların Adriatik dənizi sahillərində "ovu" iki bürünc medal olub. Daha dəqiq desək, məşhur opera bəstəkarı Coakino Rossinin vətəni olan İtaliyanın Pezaro kurort şəhərindəki "Adriatic Arena"nın tavanı altında Dünya Kubokunun növbəti mərhələsi və yeniyetmələrin beynəlxalq turniri keçirilib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, milli komandanın lideri Aliyə Qarayeva bu dəfə üçüncü yerlə kifayətlənib. Çoxnövçülük üzrə təsnifat yarışında o, altıncı yeri tutatraq dörd finaladan üçünə çıxıb. Gürzlərlə bir dəqiqə yarımlıq jonqlyorluq onda lentlərlə (4-cü yer) və topla oyundan (8-ci yer) daha yaxşı alınıb. Buna görə Qarayeva fəxri kürsünün üçüncü pilləsinə çıxaraq Rusiyadan olan məşhur rəqiblər Yevgeniya Kanayeva və Darya Kondakovadan geri qalıb. Bu zaman o, ikinci yerdən cəmi yarım xal geri qalıb.

Ölkə yığmasının baş məşqçisi Mariana Vasilyevanın məlumatına görə, ikinci bürüncü Nilufər Niftalıyeva qazanıb. Yeniyetmələrin turnirində iştirak edən 14 yaşlı bakılı gimnast gürzlərlə oyunun finalında Rusiyadan və İtaliyadan olan mükafatçılara cəmi yarım xal uduzaraq üçüncü yeri tutub. Həlqə ilə finalda isə Niftalıyeva yeddinci yeri, Gülsüm Şəfizadə ilə birgə çıxışda isə onlar komanda yarışında altıncı yeri tutublar.

Dünya Kubokunun digər iştirakçılarına gəldikdə, Lalə Yusifova 45 iştirakçı arasında 21-ci, qrup komandasında isə 14-cü yeri tutub.

Yaxın həftəsonunda bu və digər gimnastlar Macarıstan paytaxtındakı beynəlxalq turnirdə iştirak edəcəklər.

Yeri gəlmişkən, Ufada Azərbaycandan olan təmsilçilərin də iştirak etdikləri daha gənc zəriflərin yarışı başa çatıb. Belə ki, Bakı Gimnastika Məktəbinin yetirməsi İlahə Məmmədova (2001-ci il təvəllüd) və 9 yaşlı Darya Farşbafşəhriyari öz yaş kateqoriyalarında turnidə qalib gəliblər, Vəfa Həsənzadə isə (2002-ci il təvəllüdlü) başqırd təşkilatçılar tərəfindən "Miss plastiklik" adlandırılıb.

Xəbər lenti

Xəbər lenti