...

Azad Rəhimov: Azərbaycanın Bakı-2020 ilə bağlı təqdimatı dönüşə səbəb ola bilər

İdman Materials 16 Aprel 2012 17:51 (UTC +04:00)
Azərbaycanın Bakı- 2020 Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etmək üçün etdiyi təqdimat mübarizə yolunda böyük dönüşə səbəb ola bilər.
Azad Rəhimov: Azərbaycanın Bakı-2020 ilə bağlı təqdimatı dönüşə səbəb ola bilər

Azərbaycan, Bakı, 16 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın Bakı-2020 Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi etmək üçün etdiyi təqdimat mübarizə yolunda böyük dönüşə səbəb ola bilər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov beynəlxalq "inside the games" portalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Bakının 2016-cı il Olimpiya oyunlarına ev sahibliyi etməsi istiqamətində mübarizə birinci mərhələdə uğursuz olsa da, bu, ölkəmiz üçün böyük təcrübə olub.

"2016 bizim üçün yaxşı təcrübə oldu. 2020-ci il üçün konsepsiyamızı daha dəqiq hazırlamışıq. Bizim beynəlxalq tərəfdaşlarımızdan biri Pekin 2008, Vankuver 2010, Soçi 2014, Pyeongchanng 2018 və Rusiya 2018 FİFA Dünya Kuboku qələbələrini qazanmış Helius Partnersdir"- nazir əlavə edib.

O deyib ki, Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Federasiya nümayəndələrindən çox müsbət rəylər alıb.

Rəhimov Azərbaycanın 2020-ci ildə Bakıda Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün namizədliyinin irəli sürməsinə artıq tamam fərqli münasibət göstərilir.

"Xatirimdədir, 2016-cı ilə namizəd olarkən, yazırdılar ki, "Bakının namizədliyi ciddi deyil. Lakin bu dəfə münasibət tam fərqlidir. Artıq dünya bizə başqa gözlə baxır"- nazir qeyd edib.

Rusiya 2018 Təşkilat Komitəsinin icraçı direktoru Aleksey Sorokin də Azərbaycanı 2020-ci il Olimpiya Paralimpiya oyunlarına ev sahibliyi etməyə layiq görüb.

Moskvanın 2012 Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi namizədliyinə rəhbərlik etmiş Sorokinin fikrincə, mayın 23-də Kanadanın Kvebek şəhərində Beynəlxalq Olmpiya Komitəsinin İdarə Heyətinin qərarına əsasən, bütün beş şəhərin növbəti mərhələyə keçməsi daha məqsədə uyğun olardı.

"Düşünürəm ki, Beynəlxalq Olimpiya Komitəsi bütün ölkələrə mübarizəni davam etdirmək üçün imkanlar yaradacaq. Nəzərə almaq lazımdır ki, Roma artıq mübarizədən geri çəkilib. Hazırkı durumda bütün namizəd ölkələr finala çatmağa layiqdirlər"- Sorokin deyib.

Xəbər lenti

Xəbər lenti