...

"Qızıl Əlcək" idman klubu Azərbaycan çempionu olub (FOTO)

İdman Materials 23 Aprel 2012 14:05 (UTC +04:00)
Aprelin 18-22-də Azərbaycan Texniki Universitetinin idman zalında kikboksinq üzrə XVIII Azərbaycan çempionatı keçirilib.
"Qızıl Əlcək" idman klubu Azərbaycan çempionu olub (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Aprelin 18-22-də Azərbaycan Texniki Universitetinin idman zalında kikboksinq üzrə XVIII Azərbaycan çempionatı keçirilib.

Trend-in məlumatına görə, yarışda 43 müxtəlif komandanın 400-ə yaxın idmançısı iştirak edib. Çempionatda iştirak edən idmançılar uşaqlar, kadetlər və kişilər olmaqla üç qrupda mübarizə aparıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda ən çox medalı "Qızıl Əlcək" idman klubunun təmsilçiləri qazanıblar.

Uşaqlar arasında 4 qızıl (24 kq-da Faiq Canbaxışlı, 26,5 kq-da Həsənbala Həsənov, 33 kq-da Heydərov Pərvin, 39 kq-da Cahid Qurbanov), kadetlər arasında 3 qızıl medala sahib çıxan komanda (36 kq-da Nəcməddin Məmmədzadə, 39 kq-da Ümid Əliyev, 45 kq-da Ramiq Allahverdiyev) böyüklər arasında da yüksək nəticə göstərib. Klubun bu qrupa daxil olan idmançıları ümumilikdə 11 medal qazanıblar. Onlardan 5-i qızıl (54 kq-da Kamran Orucov, 57 kq-da Cahangir Məmmədov, 67 kq-da Məhəmməd Nəsirov, 86 kq-da Samir Kazımov, 91 kq-da Anar Məmmədov), 4-ü gümüş (63,5 kq-da Ceyhun Quliyev, 71 kq-da Zaur Ramazanov, 81 kq-da Rafiq Əliyev, 91+ kq çəki dərəcəsində Məhərrəm Əliyev), 2-si bürünc medal (51 kq-da Mehdi Seyidov, 60 kq-da Cahandar Əliyev) olub.

Ümumi komanda hesabında I yeri tutan "Qızıl Əlcək" idman klubunu çempionatda "Neftçi" (II yer) və "Dinamo" İdman Cəmiyyəti (III yer) izləyib.

XVIII çempionatda medal qazanan idmançılar Azərbaycan yığma komandasının tərkibində may ayında Macarıstanda keçiriləcək Dünya Kuboku və sentyabr ayında Türkiyədə keçiriləcək Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.

Məlumat üçün bildirək ki, "Qızıl Əlcək" idman klubunun inkişafı və beynəlxalq yarışlarda iştirakına "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC dəstək göstərir.

Xəbər lenti

Xəbər lenti