Azərbaycan, Bakı, 4 may /Trend/
Avropa Komissiyasının üzvləri Ukraynadakı siyasi durumdan və xüsusən, keçmiş Baş nazir Yuliya Timoşenkonun vəziyyətindən narahat olduqlarına görə yayda bu ölkədə keçiriləcək futbol üzrə Avropa çempionatını boykot etmək qərarına gəliblər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Avropa komissarı Andrulla Vasiliu bildirib.
"Mən bu narahatlıqları bölüşürəm və buna görə də idmana cavabdeh olan Avropa komissarı kimi qərar qəbul etdim ki, bu şəraitdə mənim üçün Ukraynada keçiriləcək istənilən matçda iştirak etmək məqsədəuyğun deyil. Bu fikri Avropa Komissiyasının sədri və digər üzvləri də bölüşür", - idman sahəsində siyasətə cavabdeh olan xanım Vasiliunun RİA Novosti-yə daxil olan bəyanatında deyilir.