...

AFFA hakimin idarəçiliyini yoxlayacaq

İdman Materials 8 May 2012 13:57 (UTC +04:00)
Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda “Xəzər Lənkəran” klubunun Unibank Premyer Liqanın 31-ci turu çərçivəsində “Qəbələ” ilə oyunun(1:1) hakimliyindən narazılığı müzakirə edilib
AFFA hakimin idarəçiliyini yoxlayacaq

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda "Xəzər Lənkəran" klubunun Unibank Premyer Liqanın 31-ci turu çərçivəsində "Qəbələ" ilə oyunun(1:1) hakimliyindən narazılığı müzakirə edilib.

İntizam Komitəsinin bu məsələylə bağlı "Xəzər Lənkəran"ın müraciətinə cavab olaraq çıxardığı qərarda Hakimlər Komitəsinin matçın hakimlərinin idarəçiliyini dəyərləndirdikdən sonra İntizam Komitəsinə məlumat vermək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti