...

XXX London Yay Olimpiya Oyunları qadın futbolçularla start götürür

İdman Materials 25 İyul 2012 17:34 (UTC +04:00)
XXX London Yay Olimpiya Oyunlarına çərşənbə günü qadınların futbol oyunları ilə start verilir.
XXX London Yay Olimpiya Oyunları qadın futbolçularla start götürür

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir M.Əliyev/

XXX London Yay Olimpiya Oyunlarına çərşənbə günü qadınların futbol oyunları ilə start verilir.

Trend-in məlumatına görə, Olimpiya Oyunlarında 12 qadın, 16 kişi komandaları mübarizə aparacaq.

Bu gün keçiriləcək oyunlarda Böyük Britaniya Yeni Zelandiya ilə, Kamerun Braziliya ilə, Yaponiya Kanada ilə, İsveç Cənubi Afrika Respublikası ilə, ABŞ Fransa ilə, Kolumbiya isə Şimali Koreya ilə qarşılaşacaq.

Futbol üzrə kişilərin yarışı sabah başlayır. A qrupunda Böyük Britaniya, Seneqal, Uruqvay, BƏƏ, B qrupunda Meksika, Cənubi Koreya, Qabon, İsveçrə, C qrupunda Braziliya, Belarus, Yeni Zelandiya, Misir, D qrupunda isə İspaniya, Honduras, Yaponiya, Mərakeş mübarizə aparacaq.

Olimpiadanın rəsmi açılış mərasimi iyulun 27-də olacaq.

Xəbər lenti

Xəbər lenti