...

Azərbaycan ağırlıqqaldıranı Sərdar Həsənov "B" qrupunda 3-cü yeri tutub

İdman Materials 31 İyul 2012 15:50 (UTC +04:00)
Trend-in məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizə aparan atletimiz birdən qaldırmada ilk cəhddə 138 kq, ikinci cəhddə 145 kq-ı başı üzərinə qaldıra bilib, üçüncü cəhddə isə 150 kq-ın öhdəsindən gələ bilməyib.
Azərbaycan ağırlıqqaldıranı Sərdar Həsənov "B" qrupunda 3-cü yeri tutub

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Azərbaycan ağırlıqqaldıranı Sərdar Həsənov London Olimpiadasında mübarizəyə başlayıb.

Trend-in məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizə aparan atletimiz birdən qaldırmada ilk cəhddə 138 kq, ikinci cəhddə 145 kq-ı başı üzərinə qaldıra bilib, üçüncü cəhddə isə 150 kq-ın öhdəsindən gələ bilməyib.

Qeyd edək ki, idmançımızın "B" qrupunda 10 rəqibi olub.

Təkanla qaldırmada atletimiz ilk cəhddə 167 kq çəkinin, ikinci cəhddə isə 176 kq-ın öhdəsindən gəlib. Həsənov üçüncü cəhhdə 181 kq sifariş etsə də, bu çəkini başı üzərinə qaldıra bilməyib.

Ümumi göstəricidə 321 kq nəticə göstərən idmançımız "B" qrupunda 3-cü yeri tutub.

Xəbər lenti

Xəbər lenti