...

Azərbaycan güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq (ƏLAVƏ OLUNUB)

İdman Materials 7 Avqust 2012 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Bu gün 2012-ci il Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçisi Şalva Qadabadze mübarizəyə qoşulub.

Trend-in məlumatına görə, 96 kq çəki dərəcəsində çıxış edən idmançımız ilk görüşünü 1/8 finalda rusiyalı Rüstəm Totrova qarşı keçirib.

İlk hissədə qalib gələn (3:0) təmsilçimiz ikinci hissədə bu uğurunu təkrarlaya bilməyib (0:1)

Üçüncü hissədə də rəqib üstün olub (0:2).

Beləliklə, Şalva növbəti mərhələyə adlaya bilməsə də, bürünc medal qazanmaq şansını saxlayıb. Belə ki, Rüstəm Totrov finala yüksəlib.

Təmsilçimiz bürünc medal uğrunda ilk görüşünü İsveç güləşçisi Cimmi Lidberqə qarşı keçirəcək.

Xəbər lenti

Xəbər lenti