...

Oleq Panyutin: Növbəti paralimpiadada iştirak edib-etməmək barədə qəti qərar qəbul etməmişəm

İdman Materials 12 Sentyabr 2012 10:05 (UTC +04:00)
London Yay Paralimpiya Oyunlarında uzunluğa tullanma yarışlarında qızıl medal qazanmış Oleq Panyutin növbəti paralimpiadaya hazırlaşıb-hazırlaşmayacağını bilmir.
Oleq Panyutin: Növbəti paralimpiadada iştirak edib-etməmək barədə qəti qərar qəbul etməmişəm

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir E.Mehdiyev/

London Yay Paralimpiya Oyunlarında uzunluğa tullanma yarışlarında qızıl medal qazanmış Oleq Panyutin növbəti paralimpiadaya hazırlaşıb-hazırlaşmayacağını bilmir. İdmançı bunu London Yay Paralimpiya Oyunları ilə bağlı təəssüratlarını bölüşərkən Trend-ə deyib.

"Mən Azərbaycana qızıl medal qazandırdığım üçün özümü çox xoşbəxt hiss edirəm. Paralimpiada həmişəki kimi çox gərgin keçdi. İlk cəhdimdə zədə aldım və bu, mənə böyük çətinlik yaratdı. Buna baxmayaraq, qələbəmdə birinci cəhdim böyük rol oynadı. Növbəti paralimpiadada iştirak edib-etməmək barədə qəti qərar qəbul etməmişəm", - Panyutin bildirib.

Xəbər lenti

Xəbər lenti