...

Ruslan Abışov: Azərbaycan Rusiyaya hakim səhvinə görə uduzdu

İdman Materials 17 Oktyabr 2012 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın futbol üzrə yığması Rusiya millisinə hakim səhvinə görə uduzdu. Bunu Trend-ə yığmanın müdafiəçisi Ruslan Abışov deyib.

"Makedoniyalı hakimin ruslara simpatiyası var idi. Yanlış penalti qərarı olmasaydı, bir xalla Vətənə dönəcəkdik", - Abışov bildirib.

Onun sözlərinə görə, Rusiya yığması Azərbaycanı böyük hesabla məğlub edəcəyini düşünürdü.

"Yaxşı müdafiə olunaraq rəqibin əsəbləri ilə oynadıq. Daha bir 90 dəqiqə oynasaq da, ruslar bizə qol vura bilməyəcəkdi. Onların dadına hakimin səhv qərarı çatdı", - futbolçu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti