...

UEFA Ermənistanın futbol klubunu cərimələdi

İdman Materials 17 Oktyabr 2012 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

UEFA Ermənistanın "Şirak" futbol klubunu 5000 avro məbləğində cərimələyib. Bu barədə Trend çərşənbə günü Ermənistan KİV-ə istinadən məlumat verir.

Məlumata görə, cəriməyə səbəb Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Şirak" - "Bney Yehuda" (İsrail) oyunu zamanı jurnalistlərin texniki zonaya çıxma qaydalarını pozması olub.

Qeyd edək ki, bu görüşdə İsrail klubu minimal hesabla qalib gəlmişdi.

"Şirak"ın prezidenti Arman Saakyanın sözlərinə görə, jurnalistlərin bu hərəkətini başa düşür. "Biz bütün azarkeşlərin bu görüşə maraq və həvəsini anlayırıq, çünki komandamız tarixində ilk dəfə olaraq bu yarışların ikinci təsnifat mərhələsində oynayıb. Lakin oyundan öncə bütün jurnalistlərə texniki zonanın qaydalarını pozmamaq və onlar üçün nəzərdə tutulan yerlərdə qalmaq barədə xəbərdarlıq etmişdik. Lakin buna məhəl qoymayan jurnalistlərin əksəriyyəti özləri üçün rahat olan yerlərdə işlərini davam etdiriblər", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti