...

AFFA "Simurq"a yerini göstərdi

İdman Materials 2 Noyabr 2012 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Azərbaycan Premyer Liqasının sonuncu turu çərçivəsində baş verənlər barəsində müvafiq qərarlar çıxarıb.

Azərbaycan Premyer Liqasının XI turunun AZAL - "Bakı" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XI turunun "Turan" - "Rəvan" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimələnib.

Azərbaycan Premyer Liqasının XI turunun "Neftçi" - "Simurq" matçında "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba min manat cəza kəsilib.

Oyun başa çatdıqdan sonra "Simurq" klubunun meneceri Zöhrab Əliyev hakimlərə qarşı təhqiredici hərəkət etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5 min manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti