...

Azərbaycan Avropa Olimpiya Oyunlarından 120-130 milyon avro gəlir əldə edəcək

İdman Materials 11 Dekabr 2012 11:52 (UTC +04:00)
Təxmini hesablamalara görə, Azərbaycan Avropa Olimpiya Oyunlarından ümumilikdə 120-130 milyon avro gəlir əldə edəcək.
Azərbaycan Avropa Olimpiya Oyunlarından 120-130 milyon avro gəlir əldə edəcək

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir E.Mehdiyev/

Təxmini hesablamalara görə, Azərbaycan Avropa Olimpiya Oyunlarından ümumilikdə 120-130 milyon avro gəlir əldə edəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, oyunların yayım hüquqları Azərbaycana məxsusdur. Azərbaycan bu hüquqlarını Avropa Yayım Şurasına satacaq.

"Hesab edirəm ki, bu məbləğ 40-50 milyon avrodan az olmayacaq. Bundan başqa, sponsorlardan, billet satışından gələn gəlirlər də Azərbaycana veriləcək", - Rəhimov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti