...

Lord Sebastian Koe: Bakıda Avropa Oyunlarına hazırlıq istiqamətində işlər layiqincə aparılacaq

İdman Materials 21 Yanvar 2013 16:44 (UTC +04:00)
Bakıda 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarına hazırlıq istiqamətində işlər layiqincə aparılacaq.
Lord Sebastian Koe: Bakıda Avropa Oyunlarına hazırlıq istiqamətində işlər layiqincə aparılacaq

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir M.Əliyev/

Bakıda 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarına hazırlıq istiqamətində işlər layiqincə aparılacaq. Həmin oyunlar tək idmançılara deyil, bütün uşaq və gənclərə öz töhfəsini verəcək. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Böyük Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Koe deyib.

"Hər bir Olimpiya Oyunları uşaqlar və gənclər üçün ruhlandırıcı olmalı, onları idmana həvəsləndirməlidir. Bu oyunlar maraqlı şəkildə təşkil edilməlidir", - Sebastian Koe bildirib.

O qeyd edib ki, bu gün Bakıda Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyi və müxtəlif idman strukturları ilə görüşlər keçirilib. "Bakı-2015" Avropa Oyunları ilə bağlı müzakirələr aparılıb.

Bakıda Yay Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı paytaxtın şanslarını qiymətləndirən Sebastian Koe deyib ki, bu, çoxmərhələli işdir.

"Avropa Oyunlarını təşkil etmək Yay Olimpiya Oyunlarını təşkil etmək üçün məşq ola bilər. Azərbaycan addım-addım buna doğru irəliləməlidir", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti