...

Azərbaycanın peşəkar boksçusunun döyüşünün vaxtı dəyişib

İdman Materials 6 Mart 2013 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədovun almaniyalı Boris Berqlə keçirəcəyi döyüşün vaxtı dəyişib. Trend-in məlumatına görə, qarşılaşma martın 9-dan 23-nə keçirilib.

Görüş texniki səbəblərdən təxirə salınıb. Qarşılaşma elə Almaniyanın paytaxtı Berlində baş tutacaq. WBO (Ümumdünya Boks Təşkilatı) versiyası üzrə 66 kq çəki dərəcəsində reytinq xarakterli döyüş 8 raunddan ibarət olacaq.

Qeyd edək ki, "Qəbələ" boks klubunu təmsil edən 33 yaşlı Fariz Məmmədov 2004-cü ildə iki dəfə qitələrarası çempion olub. O, məlum səbəblərdən peşəkar boksa bir də 8 illik fasilədən sonra qayıdıb. Məmmədov 2012-ci ilin mayında baş tutan qarşılaşmada erməni rəqibi Jeqise Tomasyana nokautla qalib gəlib. 36 yaşlı Boris Berq isə həvəskər boksda Avropa çempionu olub. O, peşəkar boksa 2010-cu ildən başlayıb. Berq keçirdiyi 14 döyüşdən 6 qələbə, 7 məğlubiyyət, 1 heç-heçə ilə ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti