...

“Barselona”nın kapitanı Karles Puyol “Milan”a keçə bilər

İdman Materials 8 May 2013 09:51 (UTC +04:00)
İspaniyanın “Barselona” futbol klubunun kapitanı və məşqçisi mövsümün sonunda İtaliyanın “Milan” klubunun oyunçusu ola bilər.
“Barselona”nın kapitanı Karles Puyol “Milan”a keçə bilər

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.Tanrıverdiyev/

İspaniyanın "Barselona" futbol klubunun kapitanı və məşqçisi mövsümün sonunda İtaliyanın "Milan" klubunun oyunçusu ola bilər. Trend-in məlumatına görə, bu barədə məlumat "Barselona" telekanalında yayılıb.

Məlumatda bildirilir ki, hazırda zədəsini sağaldan oyunçu, bütün karyerası boyu çıxış etdiyi klubu tərk etmək niyyətindədir və hətta o, Barselonadakı evini də satışa çıxarıb. Puyol həmişə sevimli oyunçusu Paolo Maldinin oynadığı "Milan" klubuna rəğbət bəsləyib.

Karles Puyolun "Barselona" ilə 2016-cı ilə qədər müqaviləsi var, lakin indidən katalon klubunun rəhbərliyi yeni mərkəz müdafiəçisinin axtarışlarına başlayıb.

Xatırladaq ki, bir müddət əvvəl Puyol "Barselona" klubunda olan atmosferdən narazı olduğu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti