...

Pirallahıda ilk mötəbər idman yarışı keçirilib

İdman Materials 24 İyun 2013 15:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sərəncamı ilə rayon statusu almış Pirallahıda ilk mötəbər idman turniri keçirilib.
Pirallahıda ilk mötəbər idman yarışı keçirilib

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycan Prezidenti İlham Əliyev sərəncamı ilə rayon statusu almış Pirallahıda ilk mötəbər idman turniri keçirilib.

Pirallahı Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 23-də Pirallahı İdman Mərkəzində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş koşıki karate üzrə klublararası açıq çempionat keçirilib.

Azərbaycan Koşıki Karate Federasiyasının təşkilatçılığı və Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışı giriş nitqi ilə açıq elan edən İH başçısının müavini Vəzir Səfixanov Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun salamlarını çempionat iştirakçılarına çatdırıb.

İdmançıların nümunəvi çıxışlarından sonra Pirallahı, Sabunçu və Xəzər rayonlarını təmsil edən 5 komandanın, 70-dən çox karateçinin iştirakı ilə keçirilən yarışlara start verilib. Bir-birinin ardınca tatami üzərinə çıxan kiçik və orta yaş qrupundan olan gənc karateçilər öz ustalıqlarını nümayiş etdiriblər.

Nəticədə Pirallahı rayonunu təmsil edən "Neftçi" İSM-in "Çempion" klubunun təmsilçiləri müxtəlif çəki dərəcələrində 13 birinci, 9 ikinci, 5 üçüncü yer tutaraq komanda hesabında qalib gəliblər. Sabunçu rayonunun "Seibukai" klubu II, Xəzərin "Azal" klubu isə III yerə sahib çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti