Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın Su İdman Növləri Federasiyası 2015-ci ildə su polusu üzrə Çempionlar Liqasının final mərhələsinin Bakıda keçirilməsi ilə bağlı sifariş ərizəsi ünvanlayıb. Trend-in məlumatına görə, bu barədə federasiyanın rəhbəri Xanlar Fətiyev bildirib.
Onun sözlərinə görə, bu barədə qərar Bakıda səfərdə olan LEN-in (Avropa İdmanın Su Növləri Federasiyas) rəhbəri Paolo Barelli ilə keçirilən görüş zamanı verilib.
Fətiyev bildirib ki, LEN rəhbərli ilə Azərbaycan Gənclər və İdman Nazirliyində keçirilən görüşlər zamanı ölkədə su idman növləri üzrə yarışların keçirilməsi barədə razılıq əldə olunub.
Görüşdə, o cümlədən 2016-2018-ci illərdə su idman növləri üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi üçün sifariş ərizəsinin verilməsi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində federasiyalar arasında menecment üzrə təlimlərin keçirilməsi, məşqçilərin hazırlanması, o cümlədən böyük beynəlxalq tədbirlərin keçirilməsinə yardım etməklə bağlı razılıq əldə olunub.