...

Hərbçilər arasında I Dünya Futbol Kubokunun qalibi olan İraq millisi mükafatlandırılıb (ƏLAVƏ OLUNUB)

İdman Materials 15 İyul 2013 10:58 (UTC +04:00)
Bu gün Bakıda keçirilən Hərbçilər arasında 1-ci Dünya Futbol Kuboku turnirininbağlanış mərasimi keçirilib. Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin təlim tədris mərkəzində keçirilən tədbirdə keçici kubok çempionatın qalib komandası olan İraq millisinə təqdim edilib.
Hərbçilər arasında I Dünya Futbol Kubokunun qalibi olan İraq millisi mükafatlandırılıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İzzət/

Bakıda keçirilən Hərbçilər arasında I Dünya Futbol Kuboku turnirinin bu gün bağlanış mərasimi keçirilib. Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə keçici kubok çempionatın qalib komandası olan İraq millisinə təqdim edilib. Mərasimdə həmçinin çempionatın oyunlarını idarə etmiş hakimləri xatirə medalları ilə təltif ediliblər.

Mərasimin sonunda Beynəlxalq Hərbi Şurasının bayrağı endirilib.

Hərbçilər arasında I Dünya Futbol Kubokunun qalibi olan İraq millisinə kubok təqdim olunub

Bağlanış mərasimində çıxış edən CİSM-in (Beynəlxalq Hərbi İdman Şurası) prezidenti Hamad Kalkaba Malboum qeyd edib ki, hərbi idman ailəsi, bütün ölkələrin nümayəndələri bu turnurdə çox gözəl anlar yaşayıblar. O, yarışın yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və təşkilatçılığı həyata keçirmiş səlahiyyətli şəxslərə təşəkkürüni bildirib.

CİSM-in Prezidentinin sözlərinə görə, hərbçilər arasında II Dünya Futbol Kubokuna ev sahibliyi edəcək ölkənin adı bir neçə aydan sonra elan ediləcək.

Azərbaycanın bu çempionata yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdıran Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev isə CİSM gələcəkdə bu təcrübədən istifadə edəcək. Onun fikrincə, Bakıda keçirilən turnirdə dünya hərbçiləri arasıda dostluq münasibətlərinin yaradılması kimi vacib məsələyə nail olunub. Nazir Azərbaycan ordu idmançılarının yarışda əldə etdikləri uğuru da yüksək qiymətləndirib:

"İşğalçı Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanın ordu idmançıları bu yarışlarda yüksək nəaliyyət əldə etməklə, Silahlı Qüvvələrimizin şəxsi heyətinin mənəvi-psixoloji durumunun və qələbə ruhunun yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdilər. Mən Azərbaycan Respublikasının müdafiə naziri və kubokun təşkilat komitəsinin sədri olaraq yüksək vətənpərvərlik nümunəsi göstərdiyinə görə onlara minnətdarlığımı bildirir və təşəkkür edirəm".

Sonda CİSM-in bayrağının endirilməsi və təntənəli keçidlə Hərbçilər arasında I Dünya Futbol Kuboku turniri bağlı elan edilib.

Xatırladaq ki, turnirdə Afrika, Amerika, Asiya və Avropa-dan 16 dövlətin komandaları iştirak edirdi.

Çempionatın iyulun 15-də "Dalğa Arena"da keçirilmiş final oyununda İraq millisi Oman futbolçularına 3:2 hesabı ilə qalib gələrək Hərbçilər arasında I Dünya Futbol Kubokunun qalibi adını qazanıblar. Azərbaycan yığması isə Hərbçilər arasında 1-ci Dünya Futbol Kuboku turnirini IV yerdə başa vurub. III yer uğrunda keçirilmiş oyunda Kot d`İvuar komandası ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti