...

AFFA-nın vitse-prezidenti: Klublarımızdakı legionerlərin əksəriyyəti gənclərə nümunə ola bilmirlər

İdman Materials 20 Avqust 2013 13:35 (UTC +04:00)
Azərbaycan klublarına gətirilən legionerlərin əksəriyyəti gənc futbolçulara nümunə ola bilmirlər.
AFFA-nın vitse-prezidenti: Klublarımızdakı legionerlərin əksəriyyəti gənclərə nümunə ola bilmirlər

Azərbaycan, Bakı, 20 avqust / Trend müxbir M.Əliyev/

Azərbaycan klublarına gətirilən legionerlərin əksəriyyəti gənc futbolçulara nümunə ola bilmirlər.

Bu barədə çərşənbə axşamı Trend-ə AFFA vitse-prezidenti Rauf Əliyev bildirib: "Legionerləri çağırırlar ki, çempionat daha da maraqlı olsun, klublar güclənsin və gənc nəsil bu legionerə baxaraq ibrət alsın. Amma təəssüflər olsun ki, Azərbaycana gələn legionerlər yaxşı oyun göstərməklə bərabər hakimlərin hər bir qərarını mübahisə edirlər, etiraz etməyə başlayırlar. Guya ki, bunlar onqat dünya çempionlarıdır".

O vurğulayıb ki, əsas məsələ ondan ibarətdir ki, legionerlər gənc futbolçulara nümunə olsunlar: "Təəssüf ki, klublarımızın gətirdiyi legionerlərin əksəriyyəti nümunə ola bilmirlər. Bu səbəbdən legioner oyunçuların sayı azaldılır ki, gənc futbolçularımız irəli getsin".

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin bu günlərdə keçirilən iclasında ölkə çempionatında çıxış edən legionerlərin sayı ilə bağlı yeni qərar qəbul olunub. Belə ki, Topaz Premyer Liqasının 2014-2015-ci il mövsümündən başlayaraq limit 6 (legioner) + 5 (yerli) sistemi ilə tətbiq olunacaq və 5 yerli futbolçudan ikisinin yaşı 21-dək olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti