Azərbaycan, Bakı, 25 avqust /Trend/
Bu gün Premyer Liqada dördüncü turun oyunlarına yekun vurulur. Trend-in məlumatına görə, son oyun günündə daha üç qarşılaşma baş tutacaq. İlk oyun Qəbələdə keçirilib. "Qarabağ" "Qəbələnin qonağı olub.
Bu qarşılaşmaya maraq böyük idi. Çünki Avroliqada çıxışını davam etdirən Ağdam təmsilçisi çempionatdakı qələbələrini sıralamağa çalışacaqdı.
Yuri Syominin komandası da mövsümə iddalı başlayıb. Bu baxımdan oyunun gərgin keçəcəyi şübhəsiz idi.
Belə ki, gərgin idman mübarizəsi çəraitində keçən oyunda "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, gələn həftə "Ayntraxt"la Almaniyada keçiriləcək Avroliqanın təkrar matçı ilə əlaqədar "Qarabağ" Qəbələyə ikinci heyətlə getmişdi.