...

Gimnastikanın daha iki növü Bakıda keçiriləcək birinci Avropa Oyunlarının proqramına salınıb

İdman Materials 20 Sentyabr 2013 17:13 (UTC +04:00)
Gimnastikanın daha iki növü - akrobatika və aerobika 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının proqramına salınıb.
Gimnastikanın daha iki növü Bakıda keçiriləcək birinci Avropa Oyunlarının proqramına salınıb

Azərbaycan, Bakı, 20 sentyabr /Trend /

Gimnastikanın daha iki növü - akrobatika və aerobika 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının proqramına salınıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda bildirilir ki, bu barədə Avropa Olimpiya Komitəsi (EOC) və Avropa Oyunlarının Bakı Əməliyyat Komitəsi (BEGOC) birgə qərar verib.

Akrobatika üzrə yarışlarda qarışıq cütlüklər və qadınlardan ibarət qruplar təmsil olunacaq.

Aerobika üzrə yarışlarda da qarışıq duet və tərkibində beş gimnastdan ibarət qruplar çıxış edəcək. 2015-ci il Avropa Oyunlarında iştirak etmək üçün aerobika üzrə seçmə mərhələ bu ilin noyabr ayında Fransada keçiriləcək Avropa Çempionatında başlayacaq.

Bununla da gimnastika Bakıda keçiriləcək Avropa Oyunlarında altı növlə təmsil olunacaq: "Bədii gimnastika, kişi və qadınlar üzrə idman gimnastikası, batut üzərində tullanma, akrobatika və aerobika. Yarışlar 12-28 iyun 2015-ci il tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti