...

"Bakı" vəziyyətini yaxşılaşdırdı

İdman Materials 1 Noyabr 2013 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının XII turunun oyunlarına start verilib.

Trend-in məlumatına görə, "Bakı" klubu doğma meydanda Zaqatalanın "Simurq" komandasını qəbul edib.

Matçda ilk qol bakılılardan gəlib - 18-ci dəqiqədə Əfran İsmayılov penalti zərbəsini dəqiq yerinə yetirib. Zaqatalalıların cavab qolu ilk hissənin sonlarında gəlib - Patrik Osiako, 43 - 1:1.

73-cü dəqiqədə Ə.İsmayılov daha bir penalti zərbəsini yerinə yetirərək bakılıları önə çıxarıb. 5 dəqiqə sonra Rauf Əliyev hesab arasındakı fərqi artırıb - 3:1. 84 -cü dəqiqədə "Simurq"un futbolçusu Nicat Qurbanov matçda sonuncu qolun müəllifi olub - 3:2.

Beləliklə, "Bakı" 12 oyundan sonra 18 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti