...

Bakı ağır atletika üzrə beynəlxalq yarışa ev sahibliyi edəcək

İdman Materials 1 Noyabr 2013 17:25 (UTC +04:00)
Bu ilin dekabr ayının 5-dən 8-dək Azərbaycanda Beynəlxalq Ağır Atletika Federasiyasının IWF Qran-Prisi – II Beynəlxalq Bakı Kuboku keçiriləcək.
Bakı ağır atletika üzrə beynəlxalq yarışa ev sahibliyi edəcək

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Bu ilin dekabr ayının 5-dən 8-dək Azərbaycanda Beynəlxalq Ağır Atletika Federasiyasının IWF Qran-Prisi - II Beynəlxalq Bakı Kuboku keçiriləcək.

Trend Azərbaycan Ağır Atletika Federasiyasına istinadən məlumat verir ki, beynəlxalq yarışda 62 kq və 69 kq çəki dərəcəsində kişilər, 53 kq və 58 kq çəki dərəcəsində isə qadınlar qüvvəsini sınayacaqlar.

II Beynəlxalq Bakı Kubokunun təşkilat komitəsindən verilən məlumata əsasən, artıq Azərbaycan, Rusiya, İtaliya, Türkiyə, Macarıstan, Polşa, Bolqarıstan, Slovakiya, Serbiya, Ukrayna, Latviya, Qazaxıstan, Qırğızıstan, Rumıniya və Tacikistandan olan ağır atletlər Bakı Kubokunda iştirakını təsdiqləyiblər.

Yarışlar Ağır Atletika Akademiyasının İdman Mərkəzində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti