...

Azərbaycanın iki qadın boksçusu Almatı turnirində finala çıxıb, 3-ü isə bürünc medal qazanıb

İdman Materials 11 Dekabr 2013 14:14 (UTC +04:00)
Qazaxıstanın Almatı şəhərində əməkdar məşqçi Menqerey Xayrutdinovun xatirəsinə həsr olunmuş qadınlar arasında beynəlxalq boks turnirində finalçılar məlum olub.
Azərbaycanın iki qadın boksçusu Almatı turnirində finala çıxıb, 3-ü isə bürünc medal qazanıb

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Qazaxıstanın Almatı şəhərində əməkdar məşqçi Menqerey Xayrutdinovun xatirəsinə həsr olunmuş qadınlar arasında beynəlxalq boks turnirində finalçılar məlum olub.

Trend Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının 2 üzvü də həlledici döyüşdə iştirak etmək hüququ qazanıb.

Yana Alekseyeva (60 kq) və Aynur Rzayeva (81 kq) yarımfinal görüşlərini qələbə ilə başa vuraraq, finala yüksəliblər. Anna Əlimərdanova (51 kq), Əzizə Abbasova (48 kq) və Leyla Cavadova (75 kq) isə yarımfinalda uduzaraq, bürünc medala sahib olublar.

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti