...

Azərbaycanın voleybol milliləri ilk dəfə Avropa Liqasında çıxış edəcəklər

İdman Materials 17 Yanvar 2014 12:09 (UTC +04:00)
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komandalarımız mübarizəyə iyunda başlayacaqlar.
Azərbaycanın voleybol milliləri ilk dəfə Avropa Liqasında çıxış edəcəklər

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Azərbaycanın kişilərdən və qadınlardan ibarət voleybol milliləri ilk dəfə Avropa Liqasında çıxış edəcəklər.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komandalarımız mübarizəyə iyunda başlayacaqlar.

Kişilərdən ibarət yığmamız A qrupunda Polşa, Yunanıstan, Monteneqro və Rumıniya ilə birgə mübarizə aparacaq.

Qadın millimiz də A qrupunda çıxış edəcək. Bir neçə gün əvvəl Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanan xanımlarımızın rəqibləri Türkiyə, Bolqarıstan və Sloveniyadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti