...

AFFA qondarma "Dağlıq Qarabağ respublikası" yığmasının ConİFA turnirində iştirakına etiraz edib

İdman Materials 6 Fevral 2014 11:05 (UTC +04:00)
2014-cü il iyunun 1-dən 8-dək İsveçdə Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) tərəfindən tanınmamış dövlətlər arasında 1-ci dünya çempionatının keçiriləcəyi barədə məlumat yayılıb.
AFFA qondarma "Dağlıq Qarabağ respublikası" yığmasının ConİFA turnirində iştirakına etiraz edib

Azərbaycan, Bakı, 6 fevral /Trend/

2014-cü il iyunun 1-dən 8-dək İsveçdə Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyası (ConİFA) tərəfindən tanınmamış dövlətlər arasında 1-ci dünya çempionatının keçiriləcəyi barədə məlumat yayılıb. Turnirdə qondarma "Dağlıq Qarabağ respublikası"nın da yığma komandasının iştirak edəcəyi məlumatda öz əksini tapıb.

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, bununla əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Tanınmamış Futbol Assosiasiyaları Konfederasiyasına məktubla müraciət edərək qondarma "Dağlıq Qarabağ respublikasının" Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqlarında elan olunduğunu, bu "respublika"nın heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmadığını qeyd edib, tanınmamış dövlətlər arasında 1-ci dünya çempionatında zəbt olunmuş Azərbaycan ərazilərini təmsil edən komandanın iştirakını qəti şəkildə pisləyib və buna kəskin etirazını bildirib.

Qeyd edək ki, turnirin İsveçdə keçirilməsi nəzərdə tutulduğu üçün məsələ ilə bağlı İsveç Futbol Federasiyasına və FIFA-ya məktub göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti