...

Qətərin Milli İdman Günü Azərbaycanda da qeyd olunacaq

İdman Materials 10 Fevral 2014 14:53 (UTC +04:00)
Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Əl Taninin təşəbbüsü və 2011-ci il, 80 saylı qərarına müvafiq olaraq hər il fevralın ikinci çərşənbə axşamı günü ölkədə Milli İdman Günü kimi qeyd edilir.
Qətərin Milli İdman Günü Azərbaycanda da qeyd olunacaq

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Əl Taninin təşəbbüsü və 2011-ci il, 80 saylı qərarına müvafiq olaraq hər il fevralın ikinci çərşənbə axşamı günü ölkədə Milli İdman Günü kimi qeyd edilir.

Qətərin Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, İdman Gününün dövlət səviyyəsində qeyd edilməsinin əsas məqsədi ölkə vətəndaşlarının sağlam həyat tərzi keçirmələrini, onların fiziki sağlamlığının artırılmasını, əsasən uşaq və gənclərin idmanın müxtəlif növləri ilə məşğul olmasına, ölkədə ayrı-ayrı idman növlərinə olan marağı daha da artırmağı təşviq etmək və bununla sağlam cəmiyyətin formalaşmasına töhvə verməkdən ibarətdir.

Son illər Qətər Dövləti bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar əldə edib.

Hazırda Qətər Dövlətində dünyanın ən qabaqcıl texnologiyalarının tətbiq edildiyi müxtəlif stadionlar, idman kompleksləri, uşaq idman məktəbləri tikilib istifadəyə verilib və bu işlər hazırda da sürətlə davam etdirilir. Son üç il ərzində Qətər Dövləti dünya birinciliyinin təşkili üzrə beş mübarizədən qalib çıxıb ki, bunlar da üzgüçülük üzrə 2014-cü il dünya çempionatı, kişilər arasında həndbol üzrə 2015-ci il dünya birinciliyi, boks üzrə 2015-ci il dünya kuboku, velosipedçilər arasında 2016-cı il dünya çempionatı və nəhayət 2022-ci ilin futbol üzrə dünya çempionatıdır.

11 fevral Milli İdman Günü Qətər Dövlətində qeyri-iş günü elan edilib. Həmin gün ölkədə bütün dövlət və qeyri-dövlət müəssisələrində müxtəlif idman tədbirləri keçirilir.

Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyi də 11 fevralda xüsusi idman proqramı hazırlayıb. Həmin gün Bakının "Gənclik" idman kompleksində xüsusi futbol yarışı təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti