...

Gəncədə güləş üzrə açıq birincilik keçirilib

İdman Materials 23 Fevral 2014 17:15 (UTC +04:00)
“Zenit” İdman Cəmiyyətinin güləş zalında sərbəst güləş üzrə açıq birincilik keçirilib. Yarış 26 fevral Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilib.
Gəncədə güləş üzrə açıq birincilik keçirilib

Azərbaycan, Bakı, 23 fevral / Trend /

"Zenit" İdman Cəmiyyətinin güləş zalında sərbəst güləş üzrə açıq birincilik keçirilib. Yarış 26 fevral Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hər il ənənəvi olaraq təşkil olunan birincilik 2 yaş qrupu üzrə 1997-98 və 2000-2002-ci il təvəllüdlü uşaq yeniyetmələr arasında düzənlənib. Ötən illərlə müqayisədə bu dəfə Gəncə idmançıları ilə yanaşı Şəmkir, Samux və Bakı idmançıları da qüvvəsini sınayır.

Beynəlxalq Güləş Federasiyasının tətbiq etdiyi qaydalara əsasən, keçirilən yarış 2 gün davam edəcək. Açıq birincilikdə 13 çəki dərəcəsi üzrə ümumilikdə 120 pəhləvan qalib adı uğrunda mübarizələrə qoşulub.

Aftandil Abdullayev - yarışın baş hakimi: "Bu yarışı keçirməkdə məqsədimiz Xocalı faciəsini anmaq və idmançıların güləş taktikasını artırmaq. Mart ayında Tovuz şəhərində keçiriləcək zona yarışında iştirak etmək üçün "Zenit" İdman Cəmiyyətinin tərkibi müəyyən etmək və ora seçim etmək xarakteri daşıyır".

Turnirin sonunda birincilikdə fərqlənərək ilk 3 pilləni tutan idmançılara təşkilatçılar tərəfindən diplom və medal təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti