...

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol turniri başlayır

İdman Materials 17 Aprel 2014 10:23 (UTC +04:00)
Aprelin 19-da “AtaBank”nın dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupunun və “Sinerji” Şirkətlər Qrupunun əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi mini futbol turniri start götürəcək.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol turniri başlayır

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Aprelin 19-da "AtaBank"nın dəstəyi ilə "AtaHolding" Şirkətlər Qrupunun və "Sinerji" Şirkətlər Qrupunun əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi mini futbol turniri start götürəcək. Yarışda müxtəlif adlarda "AtaHolding" Şirkətlər Qrupuna və "Sinerji" Şirkətlər Qrupuna daxil olan şirkətlərin futbol komandaları qüvvələrini sınayacaqlar.

Reqlamentə əsasən, turnirə qatılacaq 16 komanda 4 qrupda gücünü yoxlayacaq. Qrupda ilk 2 yeri tutan klublar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

AFFA hakimlər briqadasının idarə edəcəyi yarışın artıq püşkatma mərasimi keçirilib. Bu gün "AtaBank" ASC-nin baş ofisində hər bir komandanın üzvünün iştirakı ilə klublar öz rəqiblərini tanıyıblar. Püşkə əsasən, ötənilki çempion "No Name" finalda penaltilərlə məğlub etdiyi "AtaTexnologiya" ilə ən azı yarımfinala kimi bir-birinə rəqib olmayacaqlar.

Turnirin rəsmi açılış mərasimi aprelin 19-da saat 12:00-da olacaq.

Püşkatmanın nəticəsi:

A qrupu
"No Name"
"VTB Bank"
"Sumqayıt"
"AtaSığorta"

B qrupu
MXD
"Synergetic"
"POS-Patrul"
"Black Wolfs"

C qrupu
"AtaCard"
"Gobustone"
"Titan"
"Synergy Shamkir"

D qrupu
"AtaTexnologiya"
"Cybernet"
"First United"
"Renaissance Construction"

1/4 final
A1 - B2
B1 - A2
C1 - D2
D1 - C2

1/2 final
A1 - B2 cütünün qalibi - C1 - D2 cütünün qalibi
B1 - A2 cütünün qalibi - D1 - C2 cütünün qalibi

Üçüncü yer uğrunda
Yarımfinalların məğlubları

FİNAL
Yarımfinalların qalibləri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti