...

Azərbaycan güləşçisi ABŞ yığmasına qarşı mübarizə aparacaq

İdman Materials 1 May 2014 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend/

Mayın 7-də ABŞ-ın Nyu-York şəhərində sərbəst və qadın güləşi üzrə "Night of Champions" ("Çempionlar gecəsi") beynəlxalq yoldaşlıq görüşü keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu il beşinci dəfə təşkil olunacaq "Night of Champions" beynəlxalq yoldaşlıq görüşü dünyada güləş idman növünə olan marağın artırılması və güləş idman növünün populyarlaşması məqsədi daşıyır.

ABŞ və dünya yığma komandaları (USA Stars vs World All-stars) arasında keçiriləcək yoldaşlıq görüşündə Azərbaycan güləşçisi də iştirak edəcək. Dünya yığmasının tərkibində ölkəmizi sərbəst güləş üzrə yığma komandamızın üzvü Cəbrayıl Həsənov təmsil edəcək.

Güləşçimizin çıxış edəcəyi 74 kq çəki dərəcəsində rəqibləri Kazan Universiadasının bürünc mükafatçısı (2013) David Taylor və London Yay Olimpiya Oyunlarının qalibi, ikiqat dünya çempionu (2011, 2013) Jordan Borroughs ola bilər.

Xatırladaq ki, Cəbrayıl Həsənov Avropa çempionatının ikiqat qalibi (2010, 2011), iki dəfə gümüş mükafatçısı (2009, 2014), Kazan Universiadasının gümüş medalçısı (2013), dünya çempionatının iki dəfə bürünc mükafatçısı (2010, 2011), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin ikiqat qalibi (2010, 2011) və bürünc (2013) medalçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti