...

Bakıda yüngül atletika üzrə yeniyetmələrin Avropa 2-ci təsnifat yarışı keçiriləcək (FOTO)

İdman Materials 21 May 2014 12:34 (UTC +04:00)
30 may - 1 iyun tarixində Bakıda yüngül atletika üzrə yeniyetmələrin Avropa 2-ci təsnifat yarışı keçiriləcək. Yeniyetmələrin 2-ci Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarış 3 gün davam edəcək.
Bakıda yüngül atletika üzrə yeniyetmələrin Avropa 2-ci təsnifat yarışı keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend/

30 may - 1 iyun tarixində Bakıda yüngül atletika üzrə yeniyetmələrin Avropa 2-ci təsnifat yarışı keçiriləcək. Yeniyetmələrin 2-ci Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarış 3 gün davam edəcək.

Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq turnir 18 idman növünü əhatə edəcək.

40-dan çox ölkənin iştirak etdiyi lisenziya xarakterli turnirdə medallar uğrunda 800-dən çox idmançı mübarizə aparacaq. Yarış iştirakçıları məşqləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. Turnirin qalibləri cari ilin 16-28 avqust tarixlərində Çinin Nanjinq şəhərində baş tutacaq Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. Lisenziyaların sayı oğlanlar üçün 82, yeniyetmə qızlar üçün isə 108 olacaq. Yarış qitənin bir neçə ölkəsində, o cümlədən "Eurosport" kanalında canlı yayımlanacaq.

Azərbaycanı təsnifat yarışlarında 15 idmançı təmsil edəcək. Komandamızın heyətində Avropa Olimpiya Festivalının qalibi Nazim Babayev (üç təkanla tullanma), Yelena Qladkova (şüvüllə tullanma), Abrexa Benafeta (1500 və 3000 m-lik qaçış üzrə) və digərləri olacaq.

Olimpiya lisenziyalı turnirin açılış mərasimində Milli Olimpiya Komitəsi, Avropa Atletika Assosiasiyasının rəhbər şəxsləri iştirak edəcəklər.

İdman növləri: 100 m-lik qaçış, 200 m-lik qaçış, 400 m-lik qaçış, 800 m-lik qaçış, 1500 m-lik qaçış, 3000 m-lik qaçış, 110 m-lik səddlərlə qaçış, 400 m-lik səddlərlə qaçış, 2000 m-lik maneələrlə qaçış, 10.000 m-lik idman yerişi, hündürlüyə tullanma, şüvüllə tullanma, uzunluğa tullanma, üç təkanla tullanma, nüvə itələmə, lövhə atma, çəkic atma, nizə atma

Məqalədə:
Xəbər lenti

Xəbər lenti