...

Olimpiya idman növləri üzrə yarışlarda yüksək nəticə göstərən idmançı və məşqçilər üçün mükafatların yeni məbləği müəyyən edilib

İdman Materials 26 May 2014 12:41 (UTC +04:00)
Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçilərinin mükafatlandırılması ilə bağlı Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib.
Olimpiya idman növləri üzrə yarışlarda yüksək nəticə göstərən idmançı və məşqçilər üçün mükafatların yeni məbləği müəyyən edilib

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir E.Mehdiyev/

Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçilərinin mükafatlandırılması ilə bağlı Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib.

Trend Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, qərarın adından və 1-ci hissəsindən "Olimpiya Oyunları" sözləri çıxarılb.

Həmin qərarla təsdiq edilmiş "Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatlar" yeni redaksiyada müəyyən edilib.

Dəyişikliyə əsasən, siyahıya əlavə edilmiş dünya çempionatında birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 15000 manat və 7500 manat, ikinci yer üzrə 10000 manat və 5000 manat, üçüncü yer üzrə 6000 manat və 3000 manat, Avropa çempionatında birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 10000 manat və 5000 manat, ikinci yer üzrə 6000 manat və 3000 manat, üçüncü yer üzrə 2000 manat və 1000 manat məbləğində mükafatlandırılacaqlar. Ümumi hesabda Dünya Kubokunun finalında birinci yeri tutmuş komandanın idmançıları və komandanın məşqçiləri müvafiq olaraq 20000 manat və 10000 manat, ikinci yer üzrə 15000 manat və 7500 manat, üçüncü yer üzrə 10000 manat və 5000 manat, ümumi hesabda Avropa Kubokunun finalında birinci yeri tutmuş komandanın idmançıları və komandanın məşqçiləri müvafiq olaraq 15000 manat və 7500 manat, ikinci yer üzrə 10000 manat və 5000 manat, üçüncü yer üzrə 8000 manat və 4000 manat məbləğində mükafatlandırılacaqlar.

Dünya birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 3000 min manat və 1500 manat, ikinci yer üzrə 2000 manat və 1000 manat, üçüncü yer üzrə 1500 manat və 750 manat, yeniyetmələr arasında Dünya birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi müvafiq olaraq 2500 manat və 1250 manat, ikinci yer üzrə 1500 manat və 750 manat, üçüncü yer üzrə 1000 manat və 500 manat məbləğində mükafatlandırılacaqlar.

Gənclər arasında Avropa birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi üçün müvafiq olaraq 2000 manat və 1000 manat, ikinci yer üzrə 1000 manat və 500 manat, üçüncü yer üzrə 800 manat və 400 manat, yeniyetmələr arasında Avropa birinciliyində birinci yeri tutmuş idmançı və onun məşqçisi üçün müvafiq olaraq 1500 manat və 750 manat, ikinci yer üzrə 800 manat və 400 manat, üçüncü yer üzrə 600 manat və 300 manat məbləğində mükafat müəyyən edilib.

Fərdi hesabda Dünya Kubokunun finalında birinci yeri tutmuş idmançı və məşqçisi üçün müvafiq olaraq 6000 manat və 3000 manat, ikinci yer üzrə 4000 manat və 2000 manat, üçüncü yer üzrə 3000 manat və 1500 manat, fərdi hesabda Avropa Kubokunun finalında birinci yeri tutmuş idmançı və məşqçisi üçün müvafiq olaraq 4000 manat və 2000 manat, ikinci yer üzrə 3000 manat və 1500 manat, üçüncü yer üzrə 2000 manat və 1000 manat məbləğində mükafat müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti