...

"Mançester Yunayted" Yay Futbol Məktəbinin qalibləri Old Traffordda (FOTO)

İdman Materials 23 İyul 2014 16:18
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin AFFA ilə birlikdə həyata keçirdiyi “Mançester Yunayted” Yay Futbol Məktəbinin builki 32 iştirakçısı arasından seçilən 5 nəfər Mançester şəhərindəki Denston kollecində "Mançester Yunayted" Yay Futbol Məktəbində təlim keçirlər.
"Mançester Yunayted" Yay Futbol Məktəbinin qalibləri Old Traffordda (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin AFFA ilə birlikdə həyata keçirdiyi "Mançester Yunayted" Yay Futbol Məktəbinin builki 32 iştirakçısı arasından seçilən 5 nəfər Mançester şəhərindəki Denston kollecində "Mançester Yunayted" Yay Futbol Məktəbində təlim keçirlər.

AFFA-nın Elit Məşq layihəsinin koordinatoru İlham Əzizzadə və "Futbol Bakcell ilə" layihəsinin koordinatoru Kamal Tağızadənin müşayiəti ilə İngiltərəyə yola düşən Əli Abbasov, Duraxan Dövlətxanov, Zərrər Məmmədov, Ramin Nəsirli və Vəliəhd Səmədov digər ölkələrdən olan uşaqlarla birlikdə təlim-məşq toplanışlarında müxtəlif biliklərə yiyələnirlər.

Xatırladaq ki, ötən il Mançesterdə olan azərbaycanlı iştirakçılardan biri - Tamerlan Rizvanov xüsusi nəticə nümayiş etdirərək "Mançester Yunayted" Yay Futbol Məktəblərinin "World Skills" finalına qədər yüksəlmişdi.

Qeyd etmək lazımdır ki, dünyanın ən məşhur futbol akademiyalarından biri olan "Mançester Futbol Məktəbi" dünya futboluna Devid Bekhem, Pol Skoulz və Rayan Qiqz kimi əfsanələri bəxş edib.

Azərbaycanın futbol üzrə milli komandalarının sponsoru və "Mançester Yunayted" futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım partnyoru olan "Bakcell" ölkəmizdə futbolun inkişafını dəstəkləyir. "Bakcell" inanır ki, Azərbaycanda böyük futbol potensialı var və bu potensial ölkə futbolunu irəliyə aparmağa qadirdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti