Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Bu gün Milli Gimnastika Arenasında idman gimnastikası, akrobatika və tamblinq üzrə start götürən növbəti birgə yarışların ilk qalibləri müəyyənləşib.
Trend-in məlumatına görə, balacaların idman gimnastikası üzrə çoxnövçülük yarışlarında Səməd Məmmədli qızıl, Murad Hənifəzadə gümüş, Ramin Dəmirov bürünc medala sahib olub.
Yeniyetmələr arasında isə Cavidan Babayev fəxri kürsünün ən yüksək piləsinə qalxıb. İbrahim Həsənli ikinci, Fərid Əzimov isə üçüncü pillədə qərarlaşıblar.