Azərbaycan, Bakı, 9 avqust /Trend/
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Bakı" klubu ilə bağlı əmr imzalayıb.
Trend PFL-in saytına istinadən xəbər verir ki, əmrə əsasən, "Bakı" klubu Premyer Liqada çıxış etmək üçün tələb olunan sənədləri 15 avqust 2014-cü il tarixinə kimi PFL-ə təqdim etməzsə, klub yarışlardan kənarlaşdırılacaq.
"Bakı" klubunun iştirakı ilə Premyer Liqa və əvəzedici komandalar arasında yarışın I turunun oyunları bu səbəbdən təxirə salınıb.