Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
Azərbaycan I divizionunda 2-ci tura yekun vurulub.
Trend-in məlumatına görə, səfərdə "Göyəzən"in qonağı olan "Ağsu 2:0 hesabı ilə qələbə qazanıb. MOİK isə öz meydanında "Lokomotiv"ə minimal hesabla qalib gəlib - 1:0.
Turun digər oyununda "Neftçala" "Zirə"ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. "Energetik" - "Şəmkir" matçında da qalib müəyyənləşməyib - 2:2.
Birinci divizion, 2-ci tur
"Göyəzən" - "Ağsu" - 0:2
Qollar: Qalib Əmrahov, 3 (0:1), 15 (0:2)
"Neftçala" - "Zirə" - 0:0
MOİK - "Lokomotiv" - 1:0
Qol: Röyal Nəcəfov, 61 (1:0)
"Energetik" - "Şəmkir" - 2:2
Qollar: Ramil Sadıqov, 24 (0:1), Samir Əliyev, 42 (1:1), Ramil Sadıqov, 60 (1:2), Pərviz Hüseynov, 68 (2:2)