Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Barselona"nın hücumçusu Lionel Messinin xidmətlərində maraqlı olub.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, "Çelsi" yay transfer dövründə argentinalının transferinə görə 150 milyon avro təklif edib.
Lakin L.Messi "Barselona"da qalmağa üstünlük verib. Onun klubla müqaviləsi bu ilin mayında 2018-ci ilədək uzadılıb.