...

Dünya çempionu videokamera oğurluğuna görə millidən uzaqlaşdırılıb

İdman Materials 27 Sentyabr 2014 10:55 (UTC +04:00)
2010-cu il üzgüçülük üzrə dünya çempionu yaponiyalı Naoyya Tomita Asiya Oyunlarında videokamera oğurladığına görə yığmanın heyətindən uzaqlaşdırılıb. Trend-in şənbə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, insident sentyabrın 25-də baş verib.
Dünya çempionu videokamera oğurluğuna görə millidən uzaqlaşdırılıb

Azərbaycan, Bakı, 27 sentyabr/Trend/

2010-cu il üzgüçülük üzrə dünya çempionu yaponiyalı Naoyya Tomita Asiya Oyunlarında videokamera oğurladığına görə yığmanın heyətindən uzaqlaşdırılıb. Trend-in şənbə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, insident sentyabrın 25-də baş verib.

Belə ki, müşahidə kameraları yapon üzgüçünün Cənubi Koreya jurnalistinin videokamerasını oğurlayan anını qeydə alıblar.

Yaxın vaxtlarda idmançıya qarşı ittiham irəli sürüləcək. Yaponiya nümayəndə heyətinin rəhbəri Tsuyoşi Aoki baş vermiş hadisəyə görə üzr istəyib: "Bu, ən adi davranış qaydalarının pozulmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti