...

Azərbaycan velosipedçisi 100 idmançı arasında 1-ci oldu (FOTO)

İdman Materials 29 Sentyabr 2014 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Ukraynanın Odessa şəhərində ənənəvi "Grand-Prix Odessa" veloyürüşü keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, 100-dən artıq idmançının mübarizə apardığı birgünlük yürüşdə iştirakçılar 120 km məsafə qət ediblər.

Yarışın qalibi adını isə Azərbaycanın Elit yığma komandası və "Synergy Baku" kontinental komandasının üzvü Elçin Əsədov qazanıb - o məsafəni 2 saat, 57 dəqiqə, 49 saniyəyə başa vurub. "Synergy Baku"nun digər üzvü Aleksandr Surutkoviç Elçindən 20 saniyə geri qalmaqla 3-cü olub.

Qeyd edək ki, Odessa Qran-Prisi gələn ildən etibarən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına salınacaq və 1.2 kateqoriyasına malik olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti