...

Yeniyetmələrin II Olimpiya Oyunlarında uğur qazanmış Azərbaycan idmançıları mükafatlandırılıb (FOTO)

İdman Materials 8 Oktyabr 2014 16:03 (UTC +04:00)
Yeniyetmələrin II Olimpiya Oyunlarında uğur qazanmış Azərbaycan idmançıları mükafatlandırılıb.
Yeniyetmələrin II Olimpiya Oyunlarında uğur qazanmış Azərbaycan idmançıları mükafatlandırılıb (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Yeniyetmələrin II Olimpiya Oyunlarında uğur qazanmış Azərbaycan idmançıları mükafatlandırılıb.

Trend-in məlumatına görə, Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında Yeniyetmələrin II Olimpiya Oyunlarının nəticələri müzakirə olunub. Daha sonra Oyunların qaliblərinin MOK tərəfindən mükafatlandırılması mərasimi keçirilib.

Bundan əlavə, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, gənclər və idman naziri Azad Rəhimov "Olimpiya Ordeni" ilə təltif edilib.

Qeyd edək ki, 14-28 iyul tarixlərində Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Olimpiya Oyunlarında Azərbaycan 9 idman növü üzrə 21 idmançı ilə təmsil olunub. İdmançılarımız 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmiş 86 ölkə arasında 10-cu yeri tutublar. Avropa ölkələri arasında 6-cı və MDB ölkələri arasında Rusiya və Ukraynadan sonra 3-cü olan Azərbaycan İslam ölkələri arasında 1-ci yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti