Azərbaycan, Bakı, 14 oktyabr /Trend/
"Çelsi" Fransının "Puatye" klubunda çıxış edən 13 yaşlı qapıçı Nikolya Tye ilə razılığa gəlib.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, N.Tye 2017-ci ildə London klubunun qapıçısı olacaq.
Üç ildən sonra onun 16 yaşı tamam olacaq. Qaydalara əsasən, bu yaşdan kiçik futbolçulara xarici klublara keçməyə icazə verilmir.
Qeyd edək ki, N.Tyenin boyu 185 santimetrdir.