Azərbaycan, Bakı, 18 noyabr /Trend/
Dünya futbol ulduzları Ebola virusunun yayılmasına qarşı birgə aksiya keçirəcəklər. Trend xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat verib.
Məlumatda deyilir: "Biz aparıcı futbolçulardan xəstəliyin yayılmasının qarşısını almaqdan ötrü sadə informasiyaların yayılması üçün istifadə edirik. Futbolçular danışanda, onları hamı eşidir".
Aralarında Kriştianu Ronaldu, Neymar, Didye Droqba və Filipp Lamın da olduğu futbolçular "11 Ebolaya qarşı" aksiyası keçirəcəklər. Məqsəd insanları virus barədə məlumatlandırmaqdır. Məlumat həkimlər və tibbi ekspertlər tərəfindən hazırlanacaq, futbolçular isə onları videoçarxlarda, radioda, animasiya filmlərində səsləndirəcəklər.