...

Rauf Əliyev rəsmən "Neftçi"də

İdman Materials 6 Yanvar 2015 16:04 (UTC +04:00)
"Neftçi" PFK Azərbaycan yığma komandasının üzvü, hücumçu Rauf Əliyevlə müqavilə bağlayıb.
Rauf Əliyev rəsmən "Neftçi"də

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

"Neftçi" PFK Azərbaycan yığma komandasının üzvü, hücumçu Rauf Əliyevlə müqavilə bağlayıb.

Trend klubun saytına istinadən məlumat verir ki, futbolçu növbəti il yarım müddətində "Neftçi"nin formasını geyinəcək.

R.Əliyev yeni keçidi ilə bağlı fikirlərini bildirib: "Neftçi" Azərbaycan futbolunun ən köklü komandasıdır. İstənilən yerli futbolçu üçün "Neftçi"də oynamaq şərəfdir. Bu komanda hər zaman ən yüksək yerlər uğrunda mübarizə aparıb. Zəngin tarixi və böyük iddiası olan kluba gəldiyim üçün xoşbəxtəm. Bilirəm ki, üzərimə böyük məsuliyyət düşür. "Neftçi"nin heyətində özümü doğrultmaq və komandama faydalı olmaq istəyirəm. İnanıram ki, azarkeşlərin də sevgisi və dəstəyi sayəsində qolları sıralayacağam. Mən milli komandanın da üzvüyəm. Ona görə də çalışacağam ki, "Neftçi"də bacardığım qədər yaxşı çıxış edərək yığmamıza da faydalı olum".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti