...

Güləşçilərimiz reytinqdə irəliləyiblər

İdman Materials 3 Mart 2015 16:14 (UTC +04:00)
Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
Güləşçilərimiz reytinqdə irəliləyiblər

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İlkin İzzət/

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. Siyahıda adları olan Azərbaycan güləşçilərinin əksəriyyəti öz əvvəlki yerlərini qoruyub, bəziləri isə hətta bir və ya bir neçə pillə irəliləyib.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Dünya Güləş Birliyinin reytinq siyahısında sərbəst güləşçilərimizdən 10 nəfərin adı yer alıb.

Onlardan ən yüksək göstərici son dünya çempionatının qızıl medalçısı Hacı Əliyev (61 kq) və gümüş mükafatıçısı Xetaq Qazyumova (97 kq) məxsusdur. Hər iki güləşçimiz reytinqdə ikinci yerdədirlər. İlk onluqda Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Həmzət Osmanov (86 kq) və Şərif Şərifov (97 kq) da var.

57 kq
13. Əhmədnəbi Qvarzatilov - Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (9)
61 kq
2. Hacı Əliyev - DÇ 1-ci yer (2)
65 kq
6. Məhəmməd Müslümov - Paris Qran Pri turniri 1-ci yer (6)
70 kq
10. Ruslan Dibirhacıyev - Paris Qran Pri turniri 3-cü yer (10)
74 kq
10. Cəbrayıl Həsənov - R.Kadırov Kuboku 3-cü yer (10)
86 kq
8. Həmzət Osmanov - DÇ 5-ci yer (9)
97 kq
2. Xetaq Qazyumov - DÇ 2-ci yer (2)
6. Şərif Şərifov - Paris Qran Pri turniri 1-ci yer (7)
125 kq
11. Cəmaləddin Məhəmmədov - Paris Qran Pri turniri 2-ci yer (11)
14. Əli İsayev - Ə.Əliyev turniri 1-ci yer (15)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti